Bakıda məişət tullantıları və anbar yanır
Digərləri 18 Avq 2022 14:30:00 141 0
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda Z.Bünyadov prospekti yaxınlığında məişət tullantılarının və anbarın yanması barədə məlumat daxil olub.
FHN-dən Son.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Mənbə: milli.az