Sərxoş kişi 6 yaşlı oğlunu və 4 yaşlı qızını 9cu mərtəbədən atmaq istəyib


Dünya 18 Avq 2022 14:00:00 169 0

Sərxoş kişi 6 yaşlı oğlunu və 4 yaşlı qızını 9cu mərtəbədən atmaq istəyib

Rusiyada Yakutskda sərxoş kişi iki uşağını pəncərədən atmağa cəhd edib.

Son.az bildirir ki, bu barədə regional Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

İdarədən bildirilib ki, avqustun 16-da səhər saatlarında Kirov küçəsində yerləşən hündürmərtəbəli binanın pəncərəsindən uşaqların yardım çağırışını eşidən yerli sakin polisə müraciət edib. Hadisə şahidinin sözlərinə görə, o doqquzuncu mərtəbədəki açıq pəncərədə kiminsə itələməyə çalışdığı uşaqların siluetlərini görüb.

Hadisə yerinə gələn rayon polis əməkdaşı qışqırıq səsləri eşidilən mənzilə daxil olaraq 37 yaşlı rusiyalını saxlayıb. Saxlanılan şəxsin altı yaşlı oğlu və dörd yaşlı qızı bildiriblər ki, ata nədənsə əsəbiləşərək onları pəncərədən atacağı ilə hədələyib.

Yoxlama zamanı polis həmin şəxsin sərxoş olduğunu müəyyən edib. O da məlum olub ki, o, əvvəllər narkotik vasitələrin istifadəsi və yayılmasına görə cinayət və inzibati məsuliyyətə cəlb edilib. Hazırda uşaqların anasının harada olduğu məlum deyil. Atalarının sözlərinə görə, qadın oğlunu və qızını böyütməkdən imtina edərək evi tərk edib.