Təyyarənin göydən düşən bir hissəsi DƏHŞƏT SAÇDI:


Dünya 18 Avq 2022 13:07:00 178 0

Təyyarənin göydən düşən bir hissəsi DƏHŞƏT SAÇDI:

ABŞ-ın Meyn ştatının Kapitoli binasında bir polis məmurunu az qala göydən düşən təyyarə hissəsi öldürəcəkdi.

Son.az bildirir ki, bu barədə CNN məlumat yayıb.

Cümə günü, avqustun 12-də nahar fasiləsindən vəzifəsinə qayıdan polis məmuru Kreyq Donahyunun üstünə metal əşya düşüb.

Donahye hadisə barədə Augusta Hava Limanına və Federal Aviasiya Administrasiyasına məlumat verib. O, hissənin böyük sərnişin təyyarəsindən düşdüyünü deyib.

Onun sözlərinə görə, obyektin uzunluğu 18 santimetr, eni 12 santimetr, çəkisi isə təxminən 3,5 kiloqram olub.