Xocalıda avtomobil aşıb, bir nəfər ölüb
Digərləri 18 Avq 2022 13:15:00 155 0
Avqustun 17-də saat 8 radələrində Xocalı rayonunun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalov idarə etdiyi "Mercedes" avtomobili aşırıb.
Bu barədə Son.az-a Daxili İşlər Nazirliyin-dən bildirilib.
Nəticədə sürücü hadisə yerində ölüb.
Xocalı RPŞ-də araşdırma aparılır.
Mənbə: milli.az