HoradizCəbrayılZəngilanAğbənd avtomobil yolunun yeni görüntüləri yayılıb


Digərləri 18 Avq 2022 13:22:00 194 0

HoradizCəbrayılZəngilanAğbənd avtomobil yolunun yeni görüntüləri yayılıb

Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun yeni görüntüləri yayılıb.

Son.az "Report"a istinadən xəbər verir ki, kadrlarda yolun 81-101-ci km-lərinin inşasını həyata keçirən "AzVirt" MMC-nin gördüyü işlər yer alıb.

Ümumi uzunluğu 123,8 km olan yolun təməli 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı qoyulub.

Yol işğaldan azad edilmiş ərazilərin inkişafı üçün əhəmiyyətli olan 10 yol-infrastruktur layihələrindən biri hesab edilir.

Başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gediş - 3 gəliş olmaqla 6, qalan 43,8 kilometrlik hissəsi isə 2 gediş - 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 29,5 və 21,5 metr təşkil edəcək.