Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər FOTO


Digərləri 18 Avq 2022 12:00:00 130 0

Artilleriyaçılarımız beynəlxalq müsabiqədə uğurla iştirak edirlər  FOTO

Qazaxıstan Respublikasında keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin növbəti mərhələsində gecə atışları icra olunub.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən bildirilib.

Maneələr zolağını və minalanmış ərazini keçən artilleriyaçılarımızın ikinci heyəti işıqlandırılan hədəfləri minaatan, qumbaraatan və avtomatlardan atəş açmaqla məhv edib.

Bütün tapşırıqların öhdəsindən bacarıqla gələn hərbi qulluqçularımız hakimlərin qərarına əsasən mərhələni üçüncü yerdə başa vurublar.