"Hərbçilərimiz sərhəddə dövlətin maraqlarını qorumaqdan qürur duyur"


Siyasət 18 Avq 2022 09:52:00 80 0

"Hərbçilərimiz sərhəddə dövlətin maraqlarını qorumaqdan qürur duyur"

"Qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tökdüyü və şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştirakından və Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövlətin maraqlarını qorumaqdan böyük şərəf və qürur duyur!"

Son.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib.

O vurğulayıb ki, bu gün beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsi, ölkə iqtisadiyyatının qüdrətlənməsi ilə əlaqədar sərhəd təhlükəsizliyi məsələlərinin ön plana keçdiyi şəraitdə sərhəddə dövləti maraqları müdafiə edən sərhədçilərimiz onlara göstərilən ali diqqətə görə qürur hissi keçirirlər:

"Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev DSX-nin hərbi hissə və bölmələrinə 41 dəfə səfər edib. Bu rəqəm təkcə region dövlətləri üçün deyil, bütün dünya miqyasında sərhəd mühafizə orqanlarına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının unikal göstəricisi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə, həyata keçirilən islahatlara verilən ən yüksək qiymətdir".

DSX rəisi vurğulayıb ki, şəxsi heyət üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması üzrə qaldırdığımız hər bir məsələyə Azərbaycan Prezidenti İlham Əliyev hər zaman xüsusi diqqətlə yanaşıb:

"Məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin bütün sərhəd dəstələrinin qarnizonları, "Sərhədçi" İdman Mərkəzi, Abşeron rayonunun Goradil və Lənkəran rayonunun Vel qəsəbələrində istirahət mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası, Sərhəd Nəzarəti inşa edilib, Dövlət Sərhəd Xidmətinin Aparatının binası əsaslı təmir edilib. Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 412 mənzilli yaşayış binaları inşa olunub, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunub. Respublika miqyasında 154 binadan ibarət 1441 xidməti mənzil tikilərək və ya əsaslı təmir edilərək sərhədçilərin istifadəsinə verilib".

"Azərbaycan sərhəd mühafizəsinin bütün şəxsi heyəti dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi kimi müqəddəs vəzifə ilə fəxr edir və gələcəyinə inamla baxır. Bu inam Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasətinə və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrə əsaslanır. Bu gün səngərdə və sərhəddə böyük əzmlə xidmət aparan qəhrəman Azərbaycan sərhədçisi - uğrunda qan tökdüyü və şəhidlər verdiyi torpaqlarımızın azad olunmasında iştirakından və Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövlətin maraqlarını qorumaqdan böyük şərəf və qürur duyur! Vətəninə, dövlətinə, Prezidentinə xidmət etmək qürurunun daşıyıcısı olan hər bir Azərbaycan sərhədçisi bundan sonra da şərəflə xidmət edəcək, doğma Azərbaycanımızın təhlükəsizliyi və inkişafı naminə səy və bacarığını əsirgəməyəcək, müqəddəs sərhədlərimizin keşiyində daim ayıq-sayıq duracaq!", - o bildirib.

Son.az 

Bakıda 16 yaşlı qız itkin düşüb like
  • 18 Avq 09:45  
Digərləri Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb.

arrow Ətraflı
Bakıda 62 avtobus gecikir like
  • 18 Avq 09:37  
Digərləri Bakıda 62 avtobus gecikir

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına

arrow Ətraflı
Sumqayıtda 36 yaşlı kişi bıçaqlanaraq öldürülüb like
  • 18 Avq 09:30  
Kriminal Sumqayıtda 36 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Avqustun 17-i saat 22 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon əraz

arrow Ətraflı
"Anam elçiyə dedi ki, qızımdan oğlunuza yoldaş olmaz" like
  • 18 Avq 09:15  
Şou-biznes "Anam elçiyə dedi ki, qızımdan oğlunuza yoldaş olmaz"

"Anam istəmirdi ki, ailə qurum. Gec ərə getməyimin səbəbkarıdır t

arrow Ətraflı
Özbəkistan, Azərbaycan və Türkiyə yükdaşıma prosesini daha da sadələşdirəcək like
  • 18 Avq 09:07  
Digərləri Özbəkistan, Azərbaycan və Türkiyə yükdaşıma prosesini daha da sadələşdirəcək

Özbəkistan, Azərbaycan və Türkiyə öz ölkələrinin ərazisindən yüklə

arrow Ətraflı
Laçını tərk edən ermənilər meşələrə, evlərə od vurur like
  • 18 Avq 09:02  
Digərləri Laçını tərk edən ermənilər meşələrə, evlərə od vurur

Azərbaycanda qeyri-qanuni məskunlaşan ermənilər bu əraziləri tərk edir.

arrow Ətraflı
Xarkovun atəşə tutuldu: like
  • 18 Avq 09:00  
Siyasət Xarkovun atəşə tutuldu:

Ukraynanın Xarkov şəhəri atəşə tutulub.

arrow Ətraflı
Qadın xəstəlikləri (ginekologiya) nədir? like
  • 18 Avq 08:59  
Digərləri Qadın xəstəlikləri (ginekologiya) nədir?

Ginekologiya qadın xəstəliklərindən bəhs edən elmdir. Ginekologiya müst

arrow Ətraflı
İki əmioğlu arasında mübahisə like
  • 18 Avq 08:57  
Digərləri İki əmioğlu arasında mübahisə

Sumqayıtda əmioğlular arasında düşən mübahisə ölümlə nəticələnib.

arrow Ətraflı
WhatsAppdan daha bir like
  • 18 Avq 08:54  
Digərləri WhatsAppdan daha bir

WhatsApp növbəti yeniliyini təqdim etməyə hazırlaşır.

arrow Ətraflı
Əlcəzairdə meşə yanğınları: like
  • 18 Avq 08:53  
Dünya Əlcəzairdə meşə yanğınları:

Əlcəzairdə bir həftədir davam edən meşə yanğınları nəticəsində 26

arrow Ətraflı
Estoniya digər ölkələrdən viza almış rusları like
  • 18 Avq 08:52  
Dünya Estoniya digər ölkələrdən viza almış rusları

Estoniya Avropa İttifaqının digər ölkələrində verilmiş vizalarla ruslar

arrow Ətraflı
Qaynanmış su içməyin bizə faydası varmı? like
  • 18 Avq 08:51  
Digərləri Qaynanmış su içməyin bizə faydası varmı?

İnsanların əksəriyyəti suyun kirli olduğunu düşünərək onu qaynadıb i

arrow Ətraflı
Bu iki MDB ölkəsi Ukraynaya texnika göndərir like
  • 18 Avq 08:50  
Siyasət Bu iki MDB ölkəsi Ukraynaya texnika göndərir

İndi Ukraynaya mümkün silah tədarükü ilə bağlı çox narahatedici vəziy

arrow Ətraflı