Londonda sel basıb FOTO


Dünya 18 Avq 2022 08:33:00 129 0

Londonda sel basıb  FOTO

İngiltərənin paytaxtı London da daxil olmaqla, ölkənin cənub bölgələrindəki şəhər və qəsəbələrdə güclü yağış səbəbindən daşqın baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, sel nəqliyyatın hərəkətini iflic edib.

Böyük Britaniya Meteorologiya İdarəsi ölkənin cənub hissələri üçün sarı hava xəbərdarlığı edib.

Paytaxt Londonda güclü yağış səbəbindən dəmiryolu nəqliyyatında səfərlər təxirə salınıb.

Bəzi metrostansiyalarda subasma səbəbindən hərəkət dayandırılıb.