İsveçrə Yanukoviç və oğluna qarşı sanksiyalar


Dünya 18 Avq 2022 08:37:00 131 0

İsveçrə Yanukoviç və oğluna qarşı sanksiyalar

İsveçrə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və oğlu Aleksandrı sanksiya siyahısına daxil edib.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə İqtisadiyyat üzrə Dövlət Katibliyinin dərc etdiyi məlumatda yer alıb.

Qeyd olunub ki, eks-prezident və oğlu Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini, habelə bu dövlətin sabitliyini və təhlükəsizliyini təhdid edən hərəkət və ya siyasətin dəstəklənməsinə görə məsuliyyət daşıyırlar.

Sanksiyalar İsveçrəyə girişin qadağan edilməsini, həmçinin, əgər varsa, ölkədəki aktivlərin bloklanmasını əhatə edir.