Kuleba Blinkenlə Ukraynaya silah tədarükünü


Siyasət 18 Avq 2022 08:43:00 131 0

Kuleba Blinkenlə Ukraynaya silah tədarükünü

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken Qərb ölkələrindən əlavə silah tədarükü ilə bağlı danışıqlar aparıblar.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kuleba "Twitter" səhifəsində bildirib.

"Dövlət katibi Blinkenlə telefon danışığımın əsas mövzusu silah idi. Biz ABŞ və digər tərəfdaş ölkələrdən Ukraynaya gələcək tədarükləri müzakirə etdik", - deyə paylaşımda bildirib.