Estoniya digər ölkələrdən viza almış rusları


Dünya 18 Avq 2022 08:52:00 150 0

Estoniya digər ölkələrdən viza almış rusları

Estoniya Avropa İttifaqının digər ölkələrində verilmiş vizalarla rusları ölkəyə buraxmamağı planlaşdırır.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər naziri Urmas Reynsalu bildirib.

"Hazırda Estoniyada Avropa Birliyinin digər ölkələrində verilmiş vizalarla Estoniyaya girişi qadağan edən bir həll hazırlanır. Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi gələn həftə Estoniya tərəfindən verilməmiş Şengen vizası olan Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması barədə mümkün təkliflərini hazırlayacaqlar"-deyə, o bildirib.