WhatsAppdan daha bir


Digərləri 18 Avq 2022 08:54:00 163 0

WhatsAppdan daha bir

WhatsApp növbəti yeniliyini təqdim etməyə hazırlaşır.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bildirilib ki, istifadəçilər silinmiş mesajları geri qaytara biləcəklər. Bunun üçün ismarış silindikdən sonra bir neçə saniyə vaxt veriləcək. Hazırda sözügedən funksiya Vatsapın beta versiyası üçün mümkündür.

Qeyd edək ki, daha əvvəl WhatsApp-da yeni funksiyanın işə salınacağı bildirilmişdi. Yeni funksiya qrup çatlarında mobil nömrəni digər istifadəçilərdən gizlətməyə imkan verəcək.