Qalmaqallı iş adamı "Bizim market"i


Digərləri 18 Avq 2022 07:46:00 124 0

Qalmaqallı iş adamı "Bizim market"i

"Bizim Market" mağazalar şəbəkəsinin və köhnə "Maşın bazarı"nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bütün biznesini satır.

Son.az bakupost.az-a istinadən bildirir ki, artıq "Bizim Market MMC" satılıb. Şirkəti Promart MMC alıb.

Babəkdə yerləşən "Maşın bazarı" isə yaxın günlərdə satışa çıxarılacaq.

R.Salmanov 1000-dən çox daşınmaz əmlakın sahibidir. İş adamının bütün əmlakını əldən çıxarmaq istədiyi bildirilir. Onun ölkəni tərk etməyə hazırlaşdığı ehtimal edilir.

Xatırladaq ki, R.Salmanov daha öncə dəfələrlə qalmaqallı məsələlərlə gündəmə gəlib. Onun ölkədən 100 milyon dollar çıxardığı bildirilirdi.