Ötən həftə koronavirusa yoluxma hallarının sayı


Dünya 18 Avq 2022 07:05:00 103 0

Ötən həftə koronavirusa yoluxma hallarının sayı

Son bir həftə ərzində dünyada 5,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 15 mindən artıq insan isə koronavirusdan ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 24 faiz, ölüm hallarının sayı isə 6 faiz azalıb.

"Avqustun 8-dən 14-dək koronavirusa 5 460 641 nəfər yoluxub, 15 072 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 24 faiz, ölüm hallarının sayı isə 2 faiz azalıb", - deyə bülletendə bildirilir.