Bürclər hansı sahələrdə UĞUR QAZANA BİLƏRLƏR?


Digərləri 18 Avq 2022 03:31:00 148 0

Bürclər hansı sahələrdə UĞUR QAZANA BİLƏRLƏR?

Bütün insanlar özlərinə zövq verən peşədə çalışmaq istəyir. Çünki bəzən sevmədiyin sahədə çalışanda uğur qazanmaq da çətin olur.

Maraqlıdır, bürclərə görə hansı sahələr daha uğurludur?

Son.az lent.az-a istinadən bürclərin xüsusiyyətlərinə uyğun hansı işlərdə uğur qazana biləcəklərini təqdim edir:

Qoç  

Bu bürcün nümayəndələri əsasən liderliyə meyilli olduğundan daha çox təkbaşına qərar qəbul etməyə üstünlük verirlər. Onlarda tələbkarlıq komponenti daha çoxdur. Xarakterində rəhbərlik xüsusiyyəti olan bu bürcün nümayəndələri daha çox hərbi, inzibati idarəetmə və fərdi biznesdə uğur qazana bilir.  

Buğa

Bu bürcə aid olan insanlarda sənətə meyillilik daha yüksəkdir. Deyilənə görə, sənətin ayrı-ayrı sahələrində uğur qazananlar buğa bürcünün nümayəndəsidir. Buğa bürcünün nümayəndələri üçün heykəltaraşlıq, memarlıq, musiqi sənəti, rəssamlıq və s. bu qəbildən olan işlər daha məqbul sayılır.

Əkizlər  

Əkizlər bürcündən olanlar sakit həyat tərzi tələb edən sahələrdə, masaüstü işlərdə çox da uğur qazanmazlar. Onlar daha çox hərəkət, dinamika tələb edən işlərdə uğur əldə edir. Araşdırmalara görə, praktiki vərdişlərə söykənən işlər əkizlərin boyuna biçilib. Jurnalist, arxeoloq, yazıçı, reklamçı kimi və digər sahələrdə uğur qazanan olur. 

Xərçəng   

Bu bürcdə mərhəmət hissi daha güclüdür. Odur ki, onlar həkim, müəllim, dayə kimi daha çox uğur qazanırlar.  

Şir  

Bu bürcün insanları ictimai, insanların sıx olduğu yerlərdə qəti uğur qazana bilmir. Onlardan yaxşı iş tələb etmək üçün sərbəstliyin verilməsi kifayətdir. Bu bürcün nümayəndələri ən çox yaxşı fotoqraf, rejissor, moda mütəxəssisi, stilist ola bilər. Ümumiyyətlə, şirlər hökm tələb etməyən işlərdə uğur qazana bilirlər.    

Qız  

Qız bürcündə anadan olan insanlarda riyazi analitik təfəkkür çox yüksək inkişaf edir. Odur ki, bu işlər onlar üçün daha qənaətbəxşdir. Biznes, sığorta, bank sektoru qız bürcünün nümayəndələri üçün uyğundur.