Əmioğlular arasındakı mübahisə ölümlə nəticələnib


Kriminal 17 Avq 2022 23:25:00 147 0

Əmioğlular arasındakı mübahisə ölümlə nəticələnib

Sumqayıtda əmioğlular arasında düşən mübahisə ölümlə nəticələnib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, iki əmioğlu arasında düşən mübahisə qanla nəticələnib.

1986-cı il təvəllüdlü Şəbiyev Fariz Fəyyaz oğlu əmisioğlu tərəfindən bıçaqlanıb.

36 yaşlı F. Şəbiyev aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.