Hərracdan alınan çemodanlardan doğranmış insan cəsədləri çıxdı


Dünya 17 Avq 2022 17:37:00 116 0

Hərracdan alınan çemodanlardan doğranmış insan cəsədləri çıxdı

Yeni Zelandiyalı ailə hərrac yolu ilə sahibsiz konteyner alıb.

Konteynerdə digər əşyalarla yanaşı içərisində doğranmış insan cəsədləri olan çemodanlar tapılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hərracda əvvəlcədən satışa çıxarılan konteynerlərin içərisinə baxmağa icazə verilmir.

Bu səbəbdən də dəhşətli tapıntı yalnız konteynerin alıcının ünvanına gətirilməsindən sonra üzə çıxıb.

Qorxuya düşən yeni zelandiyalılar zəng edərək tapıntı barədə polisə məlumat veriblər. Şahidlərin dediyinə görə, hadisə yerinə üç cənazə maşını gəlib və parçalanmış cəsədləri götürüb.