"Hətta 40 yaşında ailə qurmağı düşünürəm"


Şou-biznes 17 Avq 2022 18:45:00 131 0

"Hətta 40 yaşında ailə qurmağı düşünürəm"

Aparıcı Zümrüd Bədəlova sosial media hesabında izləyicilərinin suallarını cavablandırıb.

Son.az big.az-a istinadən xəbər verir ki, o, maraqlı cavablarıyla diqqət çəkib.

Aparıcının "İnstagram" səhifəsinin "Hekayələr" bölməsində paylaşdığı bir neçə cavablarını təqdim edirik:

- Həyatınızın ən gözəl günü hansıdır ki, o günü unuda bilmirsiniz? -Bütün özəl anlarım qızımla bağlıdır. Onun dünyaya gəldiyi gün yaşadığım qəribə hissi heç vaxt unutmaram.

- Oğlun olsa, adını nə qoyardın? - Oğlumun olmağını nədənsə istəməmişəm. Bəsimdir.

- Əvvəlki Zümrüd üçün darıxmışam. Son vaxtlar üzünüzdə etdikləriniz sizi çox dəyişib. - Axı mən qlobal bir dəyişim etməmişəm. İndi qadınların iynə ilə, gel ilə etdiklərini mən üzümə əlavə qatqı vurmamaq üçün əməliyyatla etmişəm və halımı da çox sevirəm.