Damla məşhur repçi ilə duet oxuyacaq


Şou-biznes 17 Avq 2022 18:00:00 117 0

Damla məşhur repçi ilə duet oxuyacaq

Müğənni Damla məşhur repçi Rüzgarla (Aydın Hüseynov) duet üçün bir araya gəlib.

Son.az xəbər verir ki, bu barədə repçi özü lent.az-a açıqlamasında deyib. O bildirib ki, hazırda layihənin üzərində çalışırlar:

"Bir gün zəng gəldi, dedilər ki, sizinlə duet ortağı olmaq istəyən var. Sonra məlum oldu ki, Damla xanımdır. Bir neçə il əvvəl mənə deyilsəydi ki, Damla duet ortağım olacaq, "yox" deyərdim. Amma bir sənətçi kimi düşünürəm ki, o da ifaçıdır, mən də. Trekin adı "Aşiqlər"dir. Çox maraqlı trek alınıb. Hazırda klipimiz də çəkilir. Yaxın günlərdə paylaşılacaq".

Qeyd edək ki, bu, Damlanın repçi ilə, həmçinin Rüzgarın da müğənni ilə ilk duetidir.