“Rabitəbank”dan “Muğanbank”a transfer olub


Digərləri 17 Avq 2022 16:03:00 117 0

“Rabitəbank”dan “Muğanbank”a transfer olub

"Muğanbank" ASC təcrübəli bank əməkdaşını öz sırasına cəlb etdi.

Qasımov Tamerlan Məhəmməd oğlu bankın Biznes Bankçılıq Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Ümumilikdə bank sahəsində 15 ildən artıq təcrübəyə malik olan Q. Tamerlan, uzun illər "AGBank" ASC-də müxtəlif rəhbər vəzifələrində çalışmış, 2020-ci ildən etibarən "Rabitəbank" ASC-də İdarə Heyəti Sədr müavininin satış üzrə müşaviri, Mikro Biznes Strukturunun rəhbəri, daha sonra isə bankın Müştəri Xidməti sahələrinin satış rəhbəri vəzifələrində fəaliyyət göstərib.

Tamerlan Qasımov bakalavr təhsilini ADPU universitetinin tarix fakültəsində "Tarixçi" ixtisası üzrə daha sonra isə ADİU universitetinin MBA proqramı çərçivəsində "Maliyyə və Kredit" ixtisası üzrə təhsil alıb.

Qeyd edək ki, Q. Tamerlan bank sektoru üzrə bir çox beynəlxalq və yerli sertifikatlara yiyələnmiş, bu sahədə öz bilik və bacarıqlarını çalışdığı yerlərdə tətbiq etmişdir.