Obyekt və evlərdə elektrik enerjisinin talanması halları aşkarlandı


Digərləri 17 Avq 2022 11:52:00 119 0

Obyekt və evlərdə elektrik enerjisinin talanması halları aşkarlandı

"Azərişıq" ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir. Bu yenilənmələr xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilir. Bunlarla yanaşı, abonentlərlə mütamadi olaraq maarifləndirici söhbətlər də aparılır.

Qurumdan Son.az-a verilən məlumata görə, görülən bütün tədbrilərə baxmayaraq, təəssüf ki, elektrik enerjisinin talanması hallarının qarşısını tam almaq mümkün olmayıb. Sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadəyə rast gəlinir.

Belə hallardan biri İsmayıllı rayonunda yerləşən "Bazar market" adlı obyektdə aşkarlanıb. Baxış zamanı məlum olub ki, obyektə elektrik sayğacından kənar xətt daxil olur. Analoji hal Quba rayonunun Zərdabi qəsəbəsində fəaliyyət göstərən marketlərin birində də aşkarlanıb. Daha bir neqativ hal Lənkəran rayonunun Separadi kəndində şadlıq evinin sayğacına baxış zamanı müəyyən edilib. Restorana elektrik sayğacından kənar xətt daxil olduğu ortaya çıxıb.

Uçot dəstinə müdaxilələr obyektlərlə yanaşı, fərdi yaşayış evlərində də aşkar edilib. Xırdalan şəhərində abonentin sayğaca qanusuz müdaxiləsi müəyyən olunub. Belə ki, abonent sayğacın üzərinə maqnit yerləşdirib və beləcə hərəkət mexanizmini dayandırıb.

Növbəti belə faktlardan biri Xızı rayonu Şurabad qəsəbəsində fərdi yaşayış evində qeydə alınıb. Yeraltı xətt çəkilməklə uçot dəstinə qanunsuz qoşulmanın olduğu aşkarlanıb.