"Krım körpüsü qanunsuz tikilib, bu cür obyektlər məhv edilməlidir"


Dünya 17 Avq 2022 11:07:00 149 0

"Krım körpüsü qanunsuz tikilib, bu cür obyektlər məhv edilməlidir"

"Krımdakı partlayışlar təkrarlana bilər".

Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak "The Guardian" nəşrinə müsahibəsində deyib.

"Əlbəttə, yaxın 2-3 ay ərzində bu cür hadisələr daha çox ola bilər. Bu baxımdan Rusiya Müdafiə Nazirliyinin proqnozu ilə razıyam", - o bildirib.

Podolyak həmçinin Krım körpüsünün hədəf olduğunu söyləyib: "Bu, qanunsuz tikilib. Həmin körpü Krımda Rusiya ordusunun əsas təchizat qapısıdır. Bu cür obyektlər məhv edilməlidir".

Son.az