Nüvə savaşı: 360 milyon insan ölür, 5 milyard isə...


Dünya 17 Avq 2022 02:46:00 133 0

Nüvə savaşı: 360 milyon insan ölür, 5 milyard isə...

Rusiya ilə ABŞ arasında tammiqyaslı nüvə müharibəsi baş versə, beş milyarddan çox insan həyatını itirə bilər. Bunun qarşısını almaq üçün dünyanın qlobal əməkdaşlığa ehtiyac var.

Son.az Axar.az-a istinadən xəbər verir ki, ABŞ-ın Nyu Cersi ştatındakı Ratqers Universitetinin alimləri belə qənaətə gəliblər.

Bildirilir ki, ABŞ və müttəfiqlərinin Rusiya ilə müharibəsi dünya nüvə arsenalının 90%-dən çoxunun istifadəsinə səbəb ola bilər.

360 milyon insan nüvə mərmilərinin partlaması nəticəsində birbaşa ölümlə üzləşə, 5 milyarddan çoxu isə fəlakətdən sonra aclığın qurbanına çevrilə bilər:

"Qalan əhali isə gündəlik 1911 kilokalori miqdarında, beynəlxalq ticarət imkanı olmadan yaşamaq üçün lazım olan minimum miqdarda qida ilə təmin olunacaq".