Qadın məmur aylarla keçmiş ərindən gizlənsə də...


Dünya 15 Avq 2022 19:00:00 191 0

Qadın məmur aylarla keçmiş ərindən gizlənsə də...

Rusiyada Başqırdıstanda keçmiş ər yerli administrasiyanın məmuru Dina Maxiyanovanı vəhşicəsinə öldürüb.

Son.az bildirir ki, Kp.ru yazır ki, faciədən xeyli əvvəl 31 yaşlı qurban həyəcan təbili çalaraq polisə müraciət etsə də, onun kömək istəməyinə heç kim əhəmiyyət verməyib.

Dina Beloretsk rayonu administrasiyasının aqrar-sənaye sektorunun inkişafı və istehlak bazarının proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. Həmkarlarının dediyi kimi, qız üç ay əvvəl onu tez-tez döyən ərindən ayrılmağa güc tapıb. Gözəl məmur ondan gizləndi, lakin bu, onu xilas edə bilmədi.

"O, keçmiş əri tərəfindən öldürülüb. Son 3 ayda o, valideynləri ilə yaşayıb. Ər axşam saatlarında onu pusquya salaraq öldürüb. Və bunu amansızcasına edib", - Beloretsk vilayətinin rəhbərinin müavini İvan Lavrenov bildirib.

Onun sözlərinə görə, qız 13 dəfə polisə müraciət edib. O bildirib ki, aqressiv əri onu təqib edir, döyür, öldürməklə hədələyir, lakin heç kim kişini saxlamayıb. Ölümdən sonra şübhəli saxlanılıb və barəsində cinayət işi açılıb. Artıq mərhumun cənazəsi dəfn edilib.

İrfan Vəliyev Son.az