Şou xanımları bikinidəki FOTO paylaşımları ilə "YANDIRIBYAXDILAR"


Şou-biznes 15 Avq 2022 19:14:00 276 0

Şou xanımları bikinidəki FOTO paylaşımları ilə "YANDIRIBYAXDILAR"

Cəsarəti, hünəri eyni zamanda cazibədar bədən quruluşunu gözlər önünə sərgiləyən şou xanımları bikinidə fotolar çəkdirərək sosial şəbəkə hesablarında həmkarlarına göz dağı verirlər. 

Son.az bizim.media-ya istinadən xəbər verir ki, Xalq artisti Tünzalə Ağayeva, müğənni Dilarə Kazımova, aktrisa Pərvin Abıyeva və "Renka" ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova çimərlik geyimində obyektiv qarşısına keçərək iddialı pozlar veriblər. Son zamanlar açıq-saçıq, lakin olduqca zövqlü geyimləri ilə adından söz etdirən Tünzalə ilk dəfə bikinidə fotolarını paylaşıb. Sənətçi bikinisini naxışlı və printli "pareo" ilə bağlamağa çalışıb. Dilarə isə Tünzalədən fərqli olaraq, fit vücudunu nümayiş etməkdən çəkinməyib. Güzgü önünə keçən ifaçı çimərlik geyimində göz qamaşdırıb. Əyləncəsinə adrenalin qatmaq üçün dənizdə skuter idarə edən Pərvin bikinidə çəkdiyi şəkilləri ilə diqqət çəkib. Sənət yoldaşlarından fərqli olaraq istirahətini Türkiyədə deyil, uşaqları ilə birlikdə Azərbaycanın bölgələrin birində keçirən Renka qaldığı villanın həyətində bikinidə pozlar verib. Evdə oturmaqdan artıq çəki aldığını etiraf edən rəqqasə fit vücudu ilə diqqətləri üzərinə cəmləyib.