Bu yerlərdə qaz təchizatı dayandırılıb


Digərləri 15 Avq 2022 19:34:00 111 0

Bu yerlərdə qaz təchizatı dayandırılıb

Şabran rayonunda baş verən yanğına görə 9 kəndin qaz təchizatı dayandırılıb.

Bu barədə Son.az-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, bu gün Şabran rayonunda yanğın səbəbindən fövqəlada vəziyyət elan olunub. Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə , Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu səbəbdən Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan , Zeyvə və Kirvar kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.