“YouTube”a istifadəçilərin işini asanlaşdıracaq funksiya əlavə olunur


Digərləri 14 Avq 2022 14:07:00 129 0

“YouTube”a istifadəçilərin işini asanlaşdıracaq funksiya əlavə olunur

"YouTube" tezliklə "Netflix" kimi müxtəlif striminq xidmətlərinə abunəliklər satacaq "Channel Store" "vitrininə" sahib olacaq.

Son.az oxu.az-a istinadən bildirir ki, "Channel Store" funksiyası elə həyata keçiriləcək ki, istifadəçilər müəyyən axın platformasının konkret şousuna həsr olunmuş treylerlərə baxdıqdan sonra xidmətlərə abunə ala bilsinlər.

Məlumata görə, "YouTube" artıq bir neçə striminq xidməti ilə danışıqlar aparır və şirkətlərin "Channel Store" vasitəsilə satılan abunəliklərdən əldə olunan gəlirin bölüşdürülməsi variantlarını müzakirə edir.

Distribusiyanın bu modelinin üstünlüyü ondan ibarətdir ki, "YouTube" çox vaxt "Netflix" kimi xidmətlər üçün potensial müştəriləri əhatə edən böyük bir auditoriyaya malikdir. Hər ay iki milyarddan çox insan "YouTube"a daxil olur.