“Vaşinqton Moskva və Pekinlə müharibə astanasındadır”


Dünya 14 Avq 2022 13:07:00 101 0

“Vaşinqton Moskva və Pekinlə müharibə astanasındadır”

Vaşinqton hazırda Moskva və Pekinlə müharibə astanasındadır.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal"a müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib.

"Yaratdığımız bəzi məsələlər Rusiya və Çinlə müharibənin başlamasına səbəb ola bilər. Bunun necə və nə ilə nəticələnə biləcəyi barədə heç bir fikrimiz yoxdur",- deyə Kissincer bildirib.

Onun sözlərinə görə, indi ediləcək tək şey müharibənin qarşısını almaq üçün mümkün variantlar axtarmaqdır.

99 yaşlı Kissincer Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxış edib.