Buzovnada qanunsuz tikililər söküldü Bəs qalan daş qalıqları niyə təmizlənmir?


Digərləri 14 Avq 2022 13:52:00 155 0

Buzovnada qanunsuz tikililər söküldü  Bəs qalan daş qalıqları niyə təmizlənmir?

Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililərin sökülməsi barədə məlumat vermişdik. Artıq söküntü işlərinin yekunlaşıb, lakin sökülmüş obyektlərdən qalan daş qalıqları ərazidən təmizlənmir. Sakinlər özləri, öz şəxsi hesablarına ərazini təmizləyirlər. Əməkdaşımız Şəbnəm Qurbansoy sözügedən yerdə son vəziyyətlə tanış olub. 

Son.az xezerxeber.az-a istinadən bildirir ki, qanunsuz tikililər söküldü, lakin ərazi daş və zibil qalıqlarından təmizlənmədi. 

Əlacsız qalan sakinlər qollarını çırmalayıb işə başladılar. 

Buzovna sakinləri iddia edir ki, ərazidə aparılan işlər yarımçıq qalıb. 

Sakinlər həmçinin iddia  edirlər ki, söküntü işləri zamanı etinasız yanaşdıqları üçün qədim qayalar zədələnib. Necə deyərlər, qaş düzətlmək əvəzinə vurub göz çıxarıblar.