Maddələr mübadiləsini necə sürətləndirmək olar?


Digərləri 14 Avq 2022 12:45:00 166 0

Maddələr mübadiləsini necə sürətləndirmək olar?

Bədənin sağlamlığı maddələr mübadiləsinin sürətindən asılıdır. İstehlak olunan qidanın həzm edilməsi enerji istehsalına birbaşa təsir göstərir. Buna yardımçı olan digər amillər: yuxunun keyfiyyəti, genetik amillər, yaş, həyat tərzin, fiziki fəaliyyət, hormonlar və s. Bu sistemin pozulması və ləngiməsi isə arzuolunmaz çəkiyə belə səbəb ola bilər.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, yaş artıqca bu mübadilə prosesi yavaşlayır. Lakin müəyyən vərdişlərə riayət etməklə, vitamin və minerallarla zəngin qidaları qəbul etməklə mükündür.

D vitamini

Yumurta sarısı, qızılbalıq və süd məhsulları D vitamini ilə zəngindir. Bu vitamin hormonları və qanda qlükoza səviyyəsini tənzimləyir, sümükləri möhkəmlədən kalsiumla təmin edir, immuniteti qoruyur, depressiya riskini azaldır.

Maqnezium

Maqnezium banan, qoz-fındıq, paxlalı bitkilər, ispanaq, taxıl, kartof və balıqda olur. Bədəndə maqnezium çatışmazlığı varsa, orqanizmin maddələr mübadiləsi yavaşlayır. Bu səbəbdən yuxarıda adı çəkilən qidaları qəbul etmək vacibdir. 

B vitamini