Bir oğlu öldü, ikinci oğlu anasını tərk etdi


Kriminal 13 Avq 2022 12:45:00 165 0

Bir oğlu öldü, ikinci oğlu anasını tərk etdi

Son.az Kulis.az-a istinadən XIX əsrin görkəmli qadın şairəsi Xurşidbanu Natəvanın həyatı haqqında maraqlı faktları təqdim edir.

Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan оlub.

***

Mehdiqulu xan ona ona anasının adını vermişdi. Mehdiqulu xanın yeganə övladı olduğu üçün onu "Dürrü yeкta" (Təк inci), el arasında isə "Xan qızı" çağırmışlar.

***

Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif etmişdir.

***

Xasay xanla evləndikdən sonra Natəvan dörd il övlad arzusu ilə alışıb-yanıb. Hər gün Allaha dua edən Xan qızı 1854-cü ildə əri ilə Bakıya gəlib, Şıx kəndindəki Bibiheybət məscidini ziyarət edirlər. Bu ziyarətdən bir il sonra 1855-ci ildə onların oğlu Mehdiqulu xan, 1856-cı ildə qızı Xanbikə dünyaya gəlir.

Anasının vəfatından sonra ailəsinin təkidi ilə Xasay Usmiyev vətəni Dağıstana döndüyü zaman həyat yoldaşı Xurşidbanunu da özü ilə aparmaq istəyib. Lakin Xan qızı Dağıstanda həmişəlik yaşamağı qəbul etməyib və onlar 1864-cü ildə ayrılıblar.

***

Natəvan 1869-cu ildə könlünə yatan Seyid Hüseyn adlı kasıb bir (təbii ki, Seyid Hüseyn Xan qızı kimi var-dövlət sahibi deyildi - F.X.) şuşalıya ərə gedir. Bəziləri Seyid Hüseynin Natəvanın nökəri, faytonçusu olduğunu da iddia ediblər. Dəqiq faktlar göstərir ki, Seyid Hüseyn sənətkar olub. Papaqçı idi. Bu evlilikdən də Natəvan xanımın üç oğlu dünyaya gəlib.

***

Onun Seyid Hüseynə ərə getməsi bəy və mülkədarları qəzəbləndirmişdi. Onlar Natəvanın ailə üzvləri arasına nifaq salır. Oğlu Mehdiqulu xan baş götürüb evdən gedir. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməyib.

Seyid Hüseyndən olma oğlu Mir Abbas 17 yaşında vəfat edib. Onun ölümü Xan qızına ağır təsir etdiyindən uzun müddət Xan qızı bu ağır dərddən özünə gələ bilməyib. Oğlunun ölümündən sonra kədərli şeirlər yazmağa başlayır və özünə Natəvan (zəif, gücsüz) təxəllüsünü götürür.

***

Yaradıcılığa IXI əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batıb, cüzi hissəsi günümüzə gəlib çatıb. 1870-ci ildən etibarən Natəvan təxəllüsü ilə qəzəllər yazıb.