Koronavirus qadınlara daha çox zərər verir


Dünya 26 İyn 2022 18:07:00 151 0

Koronavirus qadınlara daha çox zərər verir

Koronavirusun uzun sürən təsirlərindən qadınlar kişilərə nisbətən daha çox əziyyət çəkirlər.

Bunu ABŞ-ın "Johnson&Johnson" şirkətinin tibbi tədqiqatçıları müəyyən ediblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, tədqiqat zamanı COVID-19-a yoluxan təxminən 1,3 milyon xəstənin tibbi məlumatları təhlil edilib.

Xəstəliyin gedişi uzun sürən qadınlarda nevroloji, revmatoloji və mədə-bağırsaq pozğunluqları yaranıb, yorğunluq və əhval-ruhiyyənin pozulması müşahidə olunub, bundan başqa, onlar qulaq, burun və boğazda problemlərdən şikayət ediblər.

Kişilərdə isə endokrin sisteminin pozğunluqları (məsələn, şəkərli diabet) və böyrəklərin zədələnməsi müşahidə olunub.