55 yaşlı kişi davada xəsarət alıb


Kriminal 22 İyn 2022 08:40:00 173 0

55 yaşlı kişi davada xəsarət alıb

Bakıda dava zamanı 55 yaşlı kişi xəsarət alıb.

Son.az "report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Ramana qəsəbəsində 1967-ci il təvəllüdlü Məhərrəmov Sarvan Salam oğlu qonşusu ilə dava zamanı kəsici alətlə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.