Dollar “kiçilib”, rubl isə möhkəmlənib Putin


Dünya 25 May 2022 22:56:00 137 0

Dollar “kiçilib”, rubl isə möhkəmlənib  Putin

Rusiya Prezidenti Vladimir Putin rublun möhkəmləndiyini, dolların "kiçildiyini" bildirib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Putin bu haqda Dövlət Şurasının iclasında danışıb:

"Hər şey məzənnəyə, dollara bərabər tutulur. Dollar, bildiyiniz kimi, kiçilir, rubl möhkəmlənir".

Putin həmçinin əlavə edib ki, Ukraynadakı əməliyyat iştirakçılarına ödənişlər xaricdəki şəxslər üçün olduğu kimi yenidən hesablanacaq.

Qeyd edək ki, daha əvvəl Putinin Zaporojye və Xerson vilayətlərinin sakinlərinin Rusiya vətəndaşlığını almasını asanlaşdırdığı bildirilib.