40 yaşlı aktrisa geyimi ilə diqqət mərkəzində FOTO


Digərləri 25 May 2022 23:16:00 145 0

40 yaşlı aktrisa geyimi ilə diqqət mərkəzində  FOTO

Fransız Riverasında keçirilən sayca 75-ci Kann Film Festivalında ulduzlar bir-birindən parlaq çıxışları ilə yadda qalmağa davam edir. 

Son.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirin əsas gözəllərindən biri də 40 yaşlı aktrisa Enn Heteueydir. 

Qırmızı xalıya "Bulgari"nin göy eynəyində çıxan aktrisanın başdan ayağa bütün obrazı bizə deyir ki, onun stilindən nümunə almaq lazımdır.  

Ceyms Qreyin rejissorluğu və prodüserliyi ilə çəkilmiş Amerika tarixi filmi - "Armageddon vaxtı"nın nümayişində dünya ulduzu "Gucci"dən mini paltarı, 24 karatdan çox brilyant qaşlı "Bulgari Serpenti Scaglie"dən saat dəsti, "Serpenti Seduttori"dən olan qolbaq və üzüyü ilə seçilib. Enn Heteuey çıxışına pişik gözlü eynək əlavə edib və ona xas olmasa da, obrazını 1960-cı illərin tamamilə yersiz görünməyən bir makiyajıyla tamamlayıb. (publika.az)