“NATOya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar davam etdiriləcək”


Dünya 25 May 2022 23:43:07 255 0

“NATOya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar davam etdiriləcək”

"Finlandiya və İsveç nümayəndə heyətləri arasında NATO-ya üzvlüklə bağlı Türkiyə ilə danışıqlar konstruktiv keçib və bu danışıqlar davam etdiriləcək".

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi və Finlandiya Prezidentinin Ofisi məlumat yayıb. 

"Bu gün Ankarada Finlandiya, İsveç və Türkiyə rəsmiləri arasında Finlandiya və İsveçin NATO-ya üzvlüyü və Türkiyənin üzləşdiyi təhlükəsizlik problemləri ilə bağlı danışıqlar aparılıb. Konstruktiv ruhda aparılan dialoqun davam etdirilməsi qərara alınıb", - məlumatda deyilir.