"Meymunlar tez ölürdü və biz cəsədləri yarırdıq..." Viruslar bu şəhərdə sınaqdan keçirilirdi


Dünya 26 May 2022 00:22:00 151 0

"Meymunlar tez ölürdü və biz cəsədləri yarırdıq..."  Viruslar bu şəhərdə sınaqdan keçirilirdi

Aral dənizindəki Dirçəliş adası uzun illər Sovet İttifaqının bakterioloji silahların sınaqdan keçirildiyi gizli bazası olub.

Qapalı Aralsk-7 şəhərində yaşayan 1500 nəfər insan poliqon əməkdaşları ilə hərbi qulluqçular idi. Burada taun, qarayara, çiçək, bruselyoz, tulyaremiya, botulizm və Venesuela at ensefaliti kimi ölümcül patogenlər sınaqdan keçirilirdi. Qapalı şəhərdə baş verənlər haqqında "The New York Times"a Sovet ordusunda xidmət etmiş təqaüdçü polkovnik, mikrobioloq Gennadi Lepyoşkin danışıb.

Son.az dəyərli oxucularını əsl kabusa dönmüş şəhər, orada baş verən tükürpədən hadisələr haqda məlumatlandırır.

Dirçəliş adası - bakterioloji silahın sınaqdan keçirildiyi məxfi sovet poliqonu

Sınaqların keçirilməsinə rəhbərlik etmiş Gennadi Lepyoşkin 18 il adada yaşayıb. "Biz təcrübələr üçün ildə təxminən 200-300 fərd meymunlardan istifadə edirdik. Onlar qəfəslərdə uzaq məsafələrə çıxarılaraq, havada mikrobların qatılığını ölçən cihazların yanında yerləşdirilirdi. Ondan sonra meymunlar laboratoriyaya qaytarılır, orada qan analizləri götürülür və xəstəliyin inkişafına nəzarət edilirdi. Meymunlar bir neçə həftə ərzində ölürdü və biz cəsədləri yarırdıq", - deyə Lepyoşkin jurnalistlərə bildirib.

Gennadi Lepyoşkin Kantubek (Aralsk-7) şəhərinin laboratoriya kompleksinin əməkdaşlarından ibarət əhalisinin təxminən 1500 nəfərə yaxın olduğunu bildirir. Normal yaşayış üçün hər şərait var idi: klub, stadion, bir neçə məktəb, mağazalar və s. "Yaxınlıqda bir göl də var idi, işdən sonra bir çoxları oraya çimməyə və istirahət etməyə gedirdi. Çox gözəl yer idi", - deyə hərbçi xatırlayır.

Aralsk-7 şəhərindəki dağılmış evlərdən biri

Bu gün həmin şəhərdən əsər-əlamət qalmayıb, o tamamilə dağıdılıb. Heç adanın özü də artıq mövcud deyil: Aral dənizi qurumuş səhraya dönüb. XX əsrin ortalarında dünyanın dördüncü ən böyük gölü sayılan Aral dənizinin sahəsi təxminən 68 min kvadrat km olub. Lakin Aral dənizinə axan çayların suyunu sovuran nöqsanlı irriqasiya (süni suvarma) sistemi üzündən, dəniz getdikcə dayazlaşmağa başladı. 2000-ci illərin əvvəllərində Dirçəliş adası materikin bir hissəsinə çevrildi.