Azərbaycanda dolu yağıb FOTO


Digərləri 25 May 2022 21:43:00 185 0

Azərbaycanda dolu yağıb  FOTO

Gəncə və ətraf rayonlarında höküm sürən qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonuna dolu yağıb.

Son.az APA-ya istinadən bildirir ki, bu gün axşam saatlarında leysan yağışdan sonra təxminən 10-15 dəqiqə rayonun Xoşbulaq kəndinə dolu düşüb.

Rayon icra hakimiyyətindən bildirilib ki, güclü yağış və dolu yağması nəticəsində rayonda hər hansı problem qeydə alınmayıb.

Havanın kəskin dəyişməsi səbəbi ilə əlaqədar qurumlar müvafiq tədbirlər görməyə başlayıb.