Erməni rejissor məşhur rus musiqiçisinə ALÇAQ dedi Erməni “canfəşanlığı”


Dünya 25 May 2022 19:00:00 353 0

Erməni rejissor məşhur rus musiqiçisinə ALÇAQ dedi  Erməni “canfəşanlığı”

37 yaşlı erməni kinorejissor Sarik Andreasyan 68 yaşlı rus şairi və musiqiçisi Boris Qrebenşçikovun Rusiyaya qarşı dediklərinə görə onu "alçaq" adlandırıb. 

Son.az lent.az-a istinadən xəbər verir ki, bu yaxınlarda Boris Qrebenşçikov Ukraynadakı xüsusi hərbi əməliyyatı tənqid edib, həmçinin, bu ölkəyə yardım edən xeyriyyə fonduna 12 milyon avro köçürdüb.

Bir çox rus incəsənət xadimləri, eləcə də mədəniyyət xadimləri musiqiçinin bu hərəkətinə qarşı çıxıblar. 

Sarik Andreasyan isə daha çox "canfəşanlıq"edib. Erməni rejissor Qrebenşçikovun uzun müddət pul qazandığı dövlətə qarşı belə ifadələr işlətməsinin onda qəzəb doğurduğunu deyib: 

"Ümid edirəm ki, Qrebenşçikov vətənə qayıdandan sonra ruslar onu qəbul etməyəcəklər. Əclafın Rusiyadan qidalanması, qazanması və bu dövlətə qarşı hərəkət etməsi təəccüblüdür! Ayıb olsun bunun kimi insanlara. Hətta bir gün dövlət bağışlasa belə, xalq bu alçaqları bağışlamayacaq!"