Britaniyada benzinin qiyməti yeni tarixi maksimuma çatıb


Dünya 25 May 2022 19:52:00 209 0

Britaniyada benzinin qiyməti yeni tarixi maksimuma çatıb

Böyük Britaniyada benzinin orta qiyməti hər litr üçün 1,7 funt-sterlinqi (2,13 ABŞ dolları) keçib ki, bu da ölkədə indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Sky News" telekanalı sənaye araşdırmalarına istinadən məlumat yayıb.

Krallıqda dizelin qiymətləri də anti-Rusiya sanksiyaları fonunda maksimal artım nümayiş etdirir, hazırda bir litr orta hesabla 1,81 funta (2,26 ABŞ dolları) satılır.

Qeyd edək ki, bir il əvvəl Böyük Britaniyada benzin və dizelin orta hesabla litri müvafiq olaraq 1,29 və 1,31 funta satılırdı.