"Kişi özünü təsdiqləmək üçün xəyanət edir"


Şou-biznes 25 May 2022 18:00:00 139 0

"Kişi özünü təsdiqləmək üçün xəyanət edir"

"Tez-tez xayənətlə rastlaşıram. Zəifi vurma heç vaxt. Sənin düşmənin də qarşında zəifləsə, kişilikdən deyil ki, bir şapalaq da sən ona vurasan. Taleh onu elə qarşında diz çökdürəcək ki, deyəcəksən, qurban olum sənin qüdrətinə Allah. Gözəl qadınlar ona görə xəyanətə uğrayır ki, qısqanılırlar. Özləri çox güvənirlər, arxayın olurlar. Və ya hər kəsin gözü onda olur, yanındakı insan da bunu görür. O kişi özünü təsdiqləmək üçün xəyanətə yol verir".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri bəstəkar Gövhər Həsənzadə "Üzə-düz" proqramında deyib. O, qadın-kişi xəyanətindən danışıb:

"Xəyanəti bağışlamadım, heç kim bağışlaya bilməz. Sadəcə, məcburiyyətdən yaşayan insanlar var. Rəfiqəmi də bağışlamadım. O insanları reklam etmək istəmirəm. Onlar bu mövzu ilə tarixə yazılmasınlar. Rəfiqədirsə, xəyanət etməyəcək. Xəyanət edibsə, rəfiqə deyilmiş. Rəfiqə ruh əkizi sayılır. İnsan özünə aid olanı necə qopara bilər? Özünə necə xəyanət edə bilər? Axı bütöv sayılır bu iki nəfər. Aldandımsa sənə, məni avam bilmə. İnandımsa, bil ki, inanacam yenə. Acizliyimə kənardan baxıb gülmə, get, dönmə ger. Mən özümü sənə vermişəm. Bu mənim acizliyimdir? Mən sənə güvənmişəm. Əgər sən o güvəni doğrultmursansa, bu sənin mərhəmətsizliyin və qeyri-insaniliyindir. Mənim üçün bu eyib deyil".