"Bayraktar TB2" PUAları 24 ölkəyə ixrac edilir


Dünya 25 May 2022 16:22:00 123 0

"Bayraktar TB2" PUAları 24 ölkəyə ixrac edilir

"Bayraktar TB2" pilotsuz uçuş aparatlarının ixracı ilə bağlı 24 ölkə ilə saziş imzalanıb.

Son.az APA-ya istinadən bildirir ki, bunu Azərbaycanda səfərdə olan "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

O bildirib ki, hazırda "Bayraktar TB3" silahlı pilotsuz uçuş aparatları üzərində iş aparılır:

"Bu, gəmilərdən uçmağı bacarsa, müharibələrdə yeni dövrə keçid ediləcək" - deyə o bildirib.