Eksprezident həbsdən çağırış etdi:


Dünya 25 May 2022 15:07:00 130 0

Eksprezident həbsdən çağırış etdi:

Moldovanın keçmiş prezidenti İqor Dodon vəkilləri vasitəsilə müxalif həmkarlarını hökuməti devirmək üçün xalqın hökumət əleyhinə etirazlarını dəstəkləməyə çağırıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, Dodon vətəndaşların yaşanan böhranlardan dolayı hiddətləndiyini bildirib.

"Vətəndaşlar Moldovanın hərbi münaqişənin iştirakçısına çevrilməsini istəmir və bu "anormal dövrə" son qoymaq və vəziyyəti düzgün istiqamətə qaytarmağı tələb etmək üçün kütləvi şəkildə etiraz etməyə hazırdırlar. Əminəm ki, Sosialist Partiyasındakı həmkarlarım vətəndaşların tələblərini və hiddətini dəstəkləyə biləcəklər", - Dodonun Teleqram hesabında bildirilib.

Qeyd edək ki, Dodon 72 saat müddətinə həbs edilib. Onu, passiv korrupsiyada və vətənə xəyanətdə şübhəli bilinir.