Ukraynada ölən uşaqların sayı 238ə çatıb


Dünya 25 May 2022 10:37:00 122 0

Ukraynada ölən uşaqların sayı 238ə çatıb

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 238 uşaq ölüb, 433 uşaq güllə və qəlpə yarası alıb. 672 uşaq müxtəlif dərəcəli xəsarət alıb.

Son.az "Report"a istinadən xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.