Mariupol meri şəhərdə ən azı 22 min nəfərin öldürüldüyünü açıqlayıb


Dünya 25 May 2022 11:15:00 144 0

Mariupol meri şəhərdə ən azı 22 min nəfərin öldürüldüyünü açıqlayıb

Ukraynanın Mariupol şəhərində ən azı 22 min nəfər öldürülüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə CNN-ə açıqlamasında Mariupol merinin müşaviri Petro Andriuşçenko bildirib.

O, bu rəqəmin hələ də şəhərdən çıxa bilməmiş meriya rəsmilərindən əldə edildiyini qeyd edib.

Andriuşçenko real rəqəmlərin bundan daha çox olduğuna inandığını vurğulayıb.

Meriya işçisi bildirib ki, öldürülənlərin meyitlərinin morqlardan götürülməsi zamanı müraciət edən şəxslər rusiyalı hərbçilər tərəfindən videoya çəkilir və onlardan meyitini götürüləcəyi şəxsin ukraynalı hərbçilər tərəfindən öldürüldüyünü "etiraf etmələri" tələb olunur.

Qeyd edək ki, ötən gün Ukrayna rəsmiləri Mariupoldakı çoxmərtəbəli binalardan birinin qalıqlarının təmizlənməsi zamanı zirzəmisindən 200 nəfərin meyitinin tapılması ilə bağlı məlumat yayıb.