"Bunun qarşısını almaq üçün cəsarətli olmalıyıq"


Dünya 25 May 2022 09:10:00 107 0

"Bunun qarşısını almaq üçün cəsarətli olmalıyıq"

Biz silah lobbisinə qarşı hərəkətə keçməliyik, müqəddəs amallar naminə özümüzə sual verməliyik ki, nə zaman silah lobbisinin qarşısını ala bilərik. Bunu etməyin vaxtıdır.

Trend "TASS"a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Texas ştatının Yuvald şəhərindəki ibtidai məktəbdə baş verən atışma ilə bağlı Ağ Evdə çıxışı zamanı amerikalılara müraciətində bildirib.

ABŞ prezidentinin sözlərinə görə, ölkədə fəaliyyət göstərən hər bir məmura lobbiyə qarşı hərəkətə keçməyin vaxtı çatdığını başa salmaq lazımdır.

"Sadəcə, 18 yaşlı bir gəncin mağazada iki silah ala bilməsi düzgün deyil. Ötən iki onillikdə istehsalçılar bu silahları fəal şəkildə təbliğ etməklə böyük qazanc əldə ediblər. Bunun qarşısını almaq üçün cəsarətli olmalıyıq", - C. Bayden vurğulayıb.

O, həmçinin, atışma zamanı həlak olanların ailələrinə başsağlığı verib.