Səhiyyə sahəsində aparılan dəyişikliklərə aydınlıq gətirildi


Digərləri 14 May 2022 20:33:00 141 0

Səhiyyə sahəsində aparılan dəyişikliklərə aydınlıq gətirildi

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB səhiyyə idarəetməsi sahəsində aparılan dəyişikliklərə aydınlıq gətirib.

Son.az xəbər verir ki, qurumların yaydığı açıqlamada deyilir:

"Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən fəaliyyətlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Prezidenti tərəfindən dünən Fərman imzalanıb.

Fərmana əsasən, Səhiyyə Nazirliyinə səhiyyə sisteminin iştirakçılarını və aidiyyəti dövlət qurumlarını cəlb etməklə Səhiyyənin Transformasiyası Mərkəzi İşçi qrupunu yaratmaq tapşırılmışdır. Səhiyyənin Transformasiyası Mərkəzinin yekun hədəfi Azərbaycan vətəndaşının səhiyyə sistemindən məmnunluğunun artırılmasına yönəlib.

Bu baxımdan, səhiyyə sisteminin əsas iştirakçılarının əlaqəli fəaliyyətini təmin etmək məqsədilə normativ hüquqi bazanın və idarəetmə modellərinin təkmilləşdirilərək tətbiqinə ehtiyac vardır. Mərkəz tərəfindən qarşısına qoyulan tapşırıqların icrası ilə bağlı mövcud vəziyyət, eləcə də beynəlxalq təcrübə təhlil olunaraq İşçi qrupun üzvləri ilə razılaşdırılmış təkliflər təqdim olunacaq.

Fərmanla elmi-tədqiqat müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Elmi-tədqiqat institutları, elmi mərkəzlər təhsil prosesində klinik baza rolunu oynayır, rezidentlərin hazırlanmasında və həkimlərin təkmilləşdirilməsində bu müəssisələrin rolu əvəzsizdir.