Himalay dağlarında illərdir sirri açılmayan insan sümükləri FOTO


Digərləri 14 May 2022 19:30:00 123 0

Himalay dağlarında illərdir sirri açılmayan insan sümükləri  FOTO

1942-ci ildə hindistanlı tədqiqatçı Himalay dağlarının dərinliklərində sirli bir kəşf edib. İllər keçsə də, sirri açılmayan yüzlərlə sümüyün arxasındakı ehtimallar isə eşidənləri heyrətə gətirir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, İkinci Dünya müharibəsi zamanı Himalay dağlarının dərinliklərində ucqar bir vadidə Hari Kişan Madhval adlı hindli tədqiqatçı dəhşətli bir kəşf edib. Madhval Himalay dağlarında 4800 metr yüksəklikdə yerləşən Roopkund gölündə insan skeletlərinə rast gəlib. Gölün içində yüzlərlə sümük parçasının aşkar olunmasından sonra tədqiqatçılar oradakı sümüklər haqqında fərziyyələr irəli sürüblər.

Səlahiyyətlilər əvvəlcə Roopkund gölündə tapılan sümüklərin bir vaxtlar Britaniyanın nəzarətində olan Hindistan ərazisinə sızmağa çalışan bir qrup yapon əsgərinə aid ola biləcəyini düşünüblər. Lakin araşdırmalar nəticəsində məlum olub ki, sümüklərin yaşı yapon işğalçılarına aid ola bilməyəcək qədər çoxdur.

O vaxtdan bəri tapılan sümüklərlə bağlı bir çox fərziyyələr irəli sürülüb. Lakin burada ən maraqlı məqamlardan biri də odur ki, tədqiqatçılar bütün fərziyyələrlə yanaşı, tapılan sümükləri yerli xalqa məlum olan bir əfsanəyə də bağlayıblar. Əfsanəyə görə, buradakı sümüklər Himalay dağlarında hindu məbədinə səyahət edən və "hörmətsiz" kimi səciyyələndirilən bir qrup insana aid ola bilər. Yerli sakinlərin fikrincə, buraya gələn bidətçilər Nanda Devi dağının ilahəsi tərəfindən cəzalandırıla bilərdilər.

Tədqiqatçılar buradakı sümükləri araşdırarkən bir qrup sağlam kişi, qadın və uşaq sümükləri aşkar ediblər. Yəni bu halda sümüklərin illər əvvəl bu bölgədə baş vermiş epidemiya ilə bağlı olması variantı da məqbul deyildi.

İllər boyu davam edən tədqiqatlar nəticəsində buradakı sümüklərin 9-cu əsrdə vəfat etmiş Cənubi Asiya mənşəli zəvvarlara məxsus olduğu qənaətinə gəlinib. Lakin DNT analizi nəticəsində sümüklərin üç fərqli bölgədən olan insanlara aid olduğu müəyyən edilib. Bunlardan 23-ü Hindistan, biri Asiya və 14-ü isə təəccüblü şəkildə Şərqi Aralıq dənizi mənşəli olub.

Bütün araşdırmalara görə, 38 nəfərin eyni anda burada olması üçün heç bir səbəb yoxdur. Ehtimal ki, buradakı skeletlərin çoxu müxtəlif vaxtlarda Himalay dağına gedən insanlara aiddir.

Xülasə, Roopkund gölünü birdən çox millətdən olan insanların məzar yerinə çevrilmiş ərazi də adlandırmaq olar. Onların Roopkund gölündəki skeletlərinin necə ortaya çıxması ilə bağlı isə heç bir məlumat yoxdur. Təxminlərdən biri kimi, yaz fəslinin gəlməsi ilə donmuş gölün əridiyi və nəticədə sümüklərin üzə çıxdığı güman edilir.

Bu ölkələr NATOnu parçalaya bilər  Şxaqoşev like
  • 14 May 19:22  
Dünya Bu ölkələr NATOnu parçalaya bilər Şxaqoşev

İsveç və Finlandiya alyansa qoşulsa, NATO-nu parçalaya bilərlər.

arrow Ətraflı
Paytaxtda gözlənilən böyük söküntü like
  • 14 May 19:15  
Digərləri Paytaxtda gözlənilən böyük söküntü

Əmlak ekspertinin qənaətincə, Bakı ərazisində 122 min binanın söküləc

arrow Ətraflı
“Greencard” sizi ev və işlə təmin etmir… like
  • 14 May 19:07  
Digərləri “Greencard” sizi ev və işlə təmin etmir…

Son.az "Kaspi"də dərc olunan məqaləni təqdim edir.

arrow Ətraflı
Ana və azyaşlı övladları son anda ölümdən qurtuldular  anbaan VİDEO like
  • 14 May 19:00  
Digərləri Ana və azyaşlı övladları son anda ölümdən qurtuldular anbaan VİDEO

Türkiyənin İstanbul şəhərində küçədə dönmək istəyən yük maşın

arrow Ətraflı
Bakıda qeyriadi oğurluq: oyun aparatını ağlagəlməz üsulla apardı  VİDEO like
  • 14 May 18:45  
Digərləri Bakıda qeyriadi oğurluq: oyun aparatını ağlagəlməz üsulla apardı VİDEO

Obyektə  ''playstation'' oynamaq adı ilə daxil olur, lakin s

arrow Ətraflı
Rusiya Finlandiyanın "işığını kəsdi" like
  • 14 May 18:37  
Dünya Rusiya Finlandiyanın "işığını kəsdi"

Rusiyanın "İnter RAO" şirkətinin törəmə müəssisəsi olan &quo

arrow Ətraflı
Şeyma bu dəfə qızı ilə qaydaları pozdu  FOTO like
  • 14 May 18:30  
Şou-biznes Şeyma bu dəfə qızı ilə qaydaları pozdu FOTO

Türkiyəli fenomen Şeyma Subaşı ötən gün qızı Melisa ilə İstanbulda b

arrow Ətraflı
Ukraynadan Almaniyaya 700 mindən çox insan gedib like
  • 14 May 17:52  
Dünya Ukraynadan Almaniyaya 700 mindən çox insan gedib

"Welt am Sonntag" qəzeti Almaniya Daxili İşlər Nazirliyinin məlum

arrow Ətraflı
"Millət konsert hayında deyil, müğənni toya getməlidir"  Flora Kərimova like
  • 14 May 17:45  
Şou-biznes "Millət konsert hayında deyil, müğənni toya getməlidir" Flora Kərimova

"İstəyirəm musiqimi, klassiklərimizi qoruyum. Bu tariximizdir. Tələb

arrow Ətraflı
Rusiya Finlandiya və İsveçlə bağlı rəsmi mövqeyini açıqladı like
  • 14 May 17:37  
Dünya Rusiya Finlandiya və İsveçlə bağlı rəsmi mövqeyini açıqladı

"Rusiyanın Finlandiya və İsveçə qarşı düşmənçilik niyyəti yoxdu

arrow Ətraflı
Yumurta yenə bahalaşacaq?  ARAŞDIRMA like
  • 14 May 17:30  
Digərləri Yumurta yenə bahalaşacaq? ARAŞDIRMA

Ekspertlər hesab edirlər ki, yumurtanın ixracı daxili bazarda bahalaşmaya s

arrow Ətraflı
İşsiz qalan azərbaycanlı model: "CV göndərdim, baxan olmadı"  FOTO like
  • 14 May 17:22  
Şou-biznes İşsiz qalan azərbaycanlı model: "CV göndərdim, baxan olmadı" FOTO

Azərbaycanlı model Rüstəm Cəbrayılov uzun müddətdir işsizdir.

arrow Ətraflı