Bu ölkələr NATOnu parçalaya bilər Şxaqoşev


Dünya 14 May 2022 19:22:00 125 0

Bu ölkələr NATOnu parçalaya bilər  Şxaqoşev

İsveç və Finlandiya alyansa qoşulsa, NATO-nu parçalaya bilərlər.

Son.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Adalbi Şxaqoşev bildirib.

"NATO-da güc balansı yeni üzvlərin daxil olması üçün o qədər əlverişsizdir ki, o, sadəcə olaraq alyansı parçalaya bilər. Xüsusən də ən yaşlı üzvü olan Türkiyənin narazılığı fonunda - qalanını demirəm. Finlandiya və İsveç NATO-ya üzv olsalar belə, bu, onun digər üzvlərinin ixtilafını və narazılığını daha da artıracaq", - A.Şxaqoşev qeyd edib.