Peyvənd olunanların sayı açıqlanıb


Digərləri 14 May 2022 16:35:00 140 0

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3324 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 372, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2302, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir.